“AREVA” şirkəti ilə birlikdə yaradılması nəzərdə tutulan Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb
Milli Nüvə Tədqiqatları Mərkəzinə (MNTM) ayrılmış 15,0 ha sahədə layihənin birinci fazası çərçivəsində ərazi hasarlanıb, yol çəkilib, inzibati və yardımçı binalar tikilib, ətraf ərazilərdə abadlıq işləri görülmüş və laboratoriyalar avadanlıqlarla təchiz edilib.
“Qamma Şüalanma Kompleksi”nin yarımçıq tikililər və avadanlıqlarla birlikdə Nüvə Mərkəzinin balansına verilib və hazırda kompleksdə sterilizasiya avadanlıqlarının quraşdırılması və şüalanma mənbəsinin gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Mərkəzin laboratoriyalarında yüksək temperaturlarda materialların xassələrini öyrənməyə imkan verən yeni cihazların alınması üçün Türkiyənin “Tetra Texnoloji Sistemlər LTD” şirkəti ilə müqavilə bağlanılıb, avadanlıqlar gətirilib və hazırda mərkəzin laboratoriyasında quraşdırılması işləri aparılır.
QSC ilə “Frekans Teknik Cihazlar LTD” şirkəti arasında nüvə və radioaktiv materialların müasir tələblərə cavab verən analizini həyata keçirməyə imkan verən laboratoriya avadanlıqları alınıb və hazırda həmin avadanlıqlar mərkəzdə quraşdırılmaqdadır.
Həmçinin, Fransanın “AREVA” şirkəti ilə birlikdə yaradılması nəzərdə tutulan Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ilkin rəyi alınıb.
Mərkəz tərəfindən Azərbaycan nüvə materialları və xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə çöl-ekspedisiya və analitik tədqiqatlara başlanılıb. Mərkəzin əməkdaşları Xızı və Şamaxı rayonlarının ərazilərində axtarış ekspedisiyaları keçirmiş və nüvə materiallarının spektrometrik analizi üzrə 300-dən çox nümunə götürülüb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL