RYTN-ə daxil olan müraciətlərin sayı və məzmunu araşdırılıb
2015-ci ilin 9 ayında vətəndaşlardan birbaşa RYTN-ə daxil olan müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 ədəd artaraq 1768 ədəd (275-i telefon çəkilişi, 171-i maddi yardım verilməsi, 171-i işlə təmin olunma, 125-i telefonun işləməməsi, 82-si qəbula gəlmək və s.-lə bağlı), ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı isə 22 ədəd azalaraq 395 ədəd təşkil edib.
Eyni zamanda, hesabat dövründə əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə rabitə və yüksək texnologiyalar naziri respublikanın 8 bölgəsində ətraf rayonları da əhatə etməklə vətəndaşlarla görüş keçirib. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb, həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.
Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılmış «qaynar xətt»ə 5901 ədəd, nazirliyin elektron poçtuna isə 2097 müraciət, cəmi 7998 ədəd müraciət daxil olub. Bunlardan sorğu xarakterli 1232 müraciət üzrə müvafiq cavablandırma və zəruri olan izahatlar verilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL