waplog

Bir ayda uçot nömrəsini “Elektron hökumət” portalı üzərindən öyrənən sığortaedənlərin sayı 5 mindən çox olub


Sentyabr ayında “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidməti “Elektron hökumət” portalında aktual olub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay  Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi bu xidmətə 5349  dəfə  müraciət edilib.
 
Xidmət hüquqi, fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin öz uçot nömrələri barədə məlumatı dərhal, maneəsiz əldə etməyə imkan verir. Sözügedən xidmət portalın “Qeydiyyatsız xidmətlər” bölməsində yerləşdirilib.
 
Müraciət edən hüquqi və fiziki şəxs yalnız öz VÖEN-ini, torpaq pay mülkiyyətçisi isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsini daxil etməklə sığortaedənin uçot nömrəsini (SUN) dərhal öyrənə bilər.
 
Xatırladaq ki, “SUN” sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir. Bu nömrəni sığortaedən əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanını qazanır.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL