waplog

Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə vətəndaşları qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaş qəbulunu davam etdirirlər.

Növbəti belə qəbul oktyabrın 24-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən Mingəçevirdə keçirilib.

Mingəçevir şəhərindən, Zaqatala, Qax, Balakən, Göyçay rayonlarından olan sakinlərin müraciəti əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbul, yeni elektron ATS-lərin çəkilişi, xidmət mədəniyyəti və digər məsələlərlə bağlı olub.
 

Qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyən nazir Əli Abbasov müraciətlərin bəzilərini yaradılmış canlı videobağlantı ilə aydınlaşdıraraq tapşırıqlar verib, bir sıra məsələləri yerindəcə həll edib. Qəbulda 20-yə yaxın vətəndaş iştirak edib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq nazirlik və təşkilatlara göndərilməsi məqsədilə nəzarətə götürülüb.
 

Qəbulda iştirak edən vətəndaşlar yerlərdə keçirilən belə görüşlərə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL