waplog

Elektron qaimə-fakturaların tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər üzrə layihələr hazırlanaraq hökumətə təqdim edilib


"Azərbaycanda maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsi istiqamətində mühüm işlər görülüb və cari ilin 9 ayı ərzində 13 minə yaxın POS-terminal quraşdırılaraq onların ümumi sayı 85 minə çatdırılıb".
 
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri vergilər naziri Fikrət Məmmədov söyləyib.
 
O, VN-də keçirilən kollegiya iclasında bildirib ki, elektron qaimə-fakturaların tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərlə bağlı layihələr hazırlanaraq hökumətə təqdim edilib.
 
Vergi orqanlarında həyata keçirilən islahatlara toxunan nazir cari ildə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini, vergi daxilolmaları üzrə proqnozların uğurla icra olunduğunu vurğulayıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL