Azərbaycan İstanbuldakı “CeBİT-2011” informasiya texnologiyaları sərgisində tərəfdaş kimi iştirak edəcəkdir
Oktyabrın 6-dan 9-dək İstanbulda keçiriləcək “CeBİT-Eurasia 2011” informasiya texnologiyaları sərgisində Azərbaycan tərəfdaş kimi iştirak edəcək.
Dünyanın 17 ölkəsindən 1066 rabitə və informasiya-kommunikasiya texnologiyaları şirkətinin, habelə 68 ölkədən 131 min ziyarətçinin gələcəyi sərgidə ilk dəfə Azərbaycanı 20 şirkət təmsil edəcək.
Bununla bağlı jurnalistlərə məlumat verən sərginin təşkilat komitəsinin başçısı Aleksandr Kühnel bildirib ki, sərginin formatı dəyişdiriləcək, hər il bir ölkə tərəfdaş kimi iştirak edəcək.
Bu il ilk tərəfdaş ölkə Azərbaycan olacaq. Sərgidə telekommunikasiya, maliyyə, “e-hökumət”, elektron səhiyyə sahələrində təqdimatlar, 72 forum, seminar və konfrans keçiriləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL