“ASAN ödəniş” sisteminə daha bir dövlət qurumu qoşulub
Azərbaycan Maliyyə Nazirliyi “ASAN ödəniş” sisteminə qoşulub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, nazirliyin kollegiyası “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nda bununla bağlı dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Dəyişikliyə əsasən, qaydaların 1-ci hissəsinə 1.2-1-ci bənd əlavə edilib.
Yeni bənddə göstərilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə göndərir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL