waplog

Azərbaycan startapçıları smartfonlar üçün yeni proqram yaradıblar


Bakıda fəaliyyət göstərən bir qrup proqram tərtibatçısı smartfonlar üçün "Flapus" adlanan  planlaşdırma proqramı yaradıblar.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, layihənin rəsmi səhifəsində bildirilir ki, yeni proqramı digərlərindən fərqləndirən cəhət anında tapşırıqları kontaktlara paylamasıdır. "Flapus"da akkauntun qeydiyyatı birbaşa mobil telefon nömrəsi ilə bağlı olduğuna görə bu mümkün olur.

 
"Flapus" tapşırıqları kateqoriyalar üzrə qruplaşdırmağa və səsli xatırlatmanı işə salmağa imkan verir. Bu gün artıq proqramın "Android" üzərində işləyən smartfonlar üçün beta-versiyası istifadəyə verilib və test rejimində proqramdan istifadə etmək üçün bu istinaddan istifadə etmək olar. Yaxın zamanda tərtibatçılar proqramın "iOS" versiyasını da hazırlamağa söz veriblər.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL