“Sony” smartfonlar bazarını tərk etməyəcək
“Sony” nümayəndələri dəfələrlə şirkətin smartfonlar bazarını tərk edib-etməyəcəyi ilə bağlı ziddiyyətli fikirlər səsləndiriblər. Bu məsələdə nöqtəni Tayvanda fəaliyyət göstərən “Sony Mobile” bölməsinin rəhbəri Conatan Lin qoyub.
Onun sözlərinə görə, “Sony” gələcəkdə də smartfonlar buraxmaq niyyətindədir, şirkətin bazarı tərk etməyə hazır olması ilə bağlı yayılan şayiələr isə həqiqətəuyğun deyil. Əksinə, şirkət smartfonların displeyini, kamera və batareyalarını yaxşılaşdırmağı planlaşdıraraq istehlakçıya onlarla işləməkdən zövq almağı təklif edir.
“Sony Mobile” smartfonlar bazarını ekranları yaxşılaşdırılan, kameraları təkmilləşdirilən və ən yeni enerjiyə qənaətcil texnologiyalarla təchiz edilən smartfonlarla təmin edəcək”, - o qeyd edib.
O həmçinin vurğulayıb ki, “Sony Mobile” satışın stimullaşdırılması üçün daha çox marketinq resursları cəlb etməyi planlaşdıraraq Tayvanın “Android” sistemli smartfonlar bazarında 30 faizlik paya sahib olmaq niyyətindədir, - "DailyComm” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL