“40-cı ACM ICPC” Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsinin növbəti 1/4 final mərhələsi keçirilib
Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, “IEEE Computer Society” Azərbaycan Bölməsi, “ACM” Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə “40-cı ACM ICPC” Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsinin növbəti 1/4 final mərhələsi (XI Azərbaycan Çempionluğu) başa çatıb.
Qafqaz Universitetində keçirilən müsabiqədə 15 universitetdən (ADA Universiteti; Azərbaycan Dövlət Aqrar Universiteti; Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti) 62 komanda qeydiyyatdan keçib, 55 komanda iştirak edib.
Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni “C, C++”, “Java” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə “PCMS2” onlayn avtomatik test sistemi ilə aparılıb.
Müsabiqənin nəticələrinə (https://neerc.ifmo.ru/information/standings-azb.html
) görə, birinci yerin qalibi Qafqaz University 2 (Mammadov, Sarayev, Allahverdiyev); ikinci yerin qalibləri Qafqaz University 1 (Valiyev, Ahmadov, Hajiyev) və Qafqaz University 3 (Kerimov, Huseynov, Hajili) komandaları olub.
Üçüncü yerin qalibləri isə Baku Branch of Moscow State University 1 (Yahyayev, Veliyev, Kazimi), Azerbaijan Technical University (Mammadzade, Rehimova, Abdullayev) və Qafqaz University 5 (Hasanov, Akhundov, Klyestov) komandaları olub. Bundan başqa, Baku State University 6 (Talibov, Mammadov, Badalov), Baku State University 1 (Gasimov, Garibzade, Khidirov), Azerbaijan State University of Oil and Industry 2 (Musabeyli, Mammadov, Hesenov) komandaları
II dərəcəli diplomla, ADA University 2 (Mustafali, Isgandarli, Hasanov), Baku Higher Oil School 1 (Huseynli, Bakhshili, Alikhanov), ADA University 10 (Huseynzade, Farzaliyev, Sadigov), Baku Branch of Moscow State University 2 (Plavskiy, Yahyayeva, Perevezenseva), ADA University 3 (Hasanov, Fahradov, Suleymanov) komandaları isə III dərəcəli diplomla mükafatlandırılıb. Baku State University 5 (Aghabayli, Nabiyev, Gadirli), Baku Higher Oil School 2 (Omarov, Rahimli, Karimov), Qafqaz University 4 (Shikhizade, Jeferov, Alakbarov), Azerbaijan State University of Oil and Industry 3 (Alasgarov, Alizada, Hasanov), Baku State University 2 (Suleymanov, Azer, Alihaydar), National Aviation Academy 6 (Tagiyev, Mammadov, Orujov), Baku State University 3 (Abdullayev, Sofiyev, Shukurzade), Baku State University 10 (Ismayilova, Aliyeva, Quliyeva), ADA University 1 (Ilyasov, Musabayli, Gasimov) komandalarına isə yüksək nailiyyət sertifikatı təqdim edilib.
Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqənin yarımfinal mərhələsi 5-6 dekabr 2015-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL