“3D” printerlər seqmenti artıq kütləviləşməyə başlayır
Analitiklər hesab edir ki, «3D» printerlər bazarında sürətli artım üçün hər bir şərait var. Hələ 2014-cü ilin noyabrında proqnozlaşdırmışdılar ki, 2015-ci ildə «3D» printerlərin qlobal tədarükü 217 min təşkil edəcək.
Yeni "Forecast: 3DPrinters, Worldwide, 2015" adlı hesabata əsasən, cari illə müqayisədə 2016-cı ildə tədarük həcmi 103 faiz artaraq 496.5 minə yaxınlaşacaq. «Gartner» analitik şirkətinin yeni proqnozuna əsasən, 2015-ci ildə bu göstərici 244,5 min təşkil edib. 2016-2019-cu illərdə “3D” printerlər bazarının həcmi hər il 2 dəfədən çox artacaq və son nəticədə 5,6 milyonu ötəcək.
«ICTnews.az» saytı «iksmedia.ru» saytına istinadən yazır ki, “3D” çap üzrə bütün texnologiyaların keyfiyyətvə məhsuldarlığının sürətli artımı təşkilatlar və ev istifadəçiləri tərəfindən tələbatın artımına imkan yaradır - «Gartner»in vitse-prezidenti Pit Basilyer deyib. "3D printerlər seqmenti tədricən geniş, qlobal bazara çevrilir" – o bildirib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL