Sinqapurda ilk «Apple Store» internet mağazası 2016-cı ildə açılacaq
Sinqapurda ilk «Apple Store» mağazası 2016-cı ilin sonunda açılacaq. Bu haqda «Pure Fitness» firmasının əməkdaşlarına göndərdiyi elektron məktubda yazılıb. «TechInAsia» nəşrinin məlumatına görə, firma Sinqapurda əsas mağazasını bağlayır, onun yerində «Apple» şirkətinin mağazası fəaliyyətə başlayacaq.
«ICTnews.az» Elektron Xəbər Xidməti «macdigger.ru» saytına istinadən yazır ki, sözügedən nəşr «Apple»ın yeni ticarət nöqtəsinin yerini uğurlu seçim adlandırıb. Orçard-roud – Sinqapurda əsas küçə sayılır və ticarət həyatının mərkəzidir. Bu, yalnız ölkənin əsas turizm yerlərindən biri deyil, həm də alış-veriş həvəskarları üçün əsl cənnətdir.
Orçard-roud küçəsində «Apple Store» mağazasının açılışı haqda informasiya hələ ki rəsmən təsdiqlənməyib.
Xatırladaq ki, «Apple» korporasiyası ilk internet mağazasını 19 may 2001-ci il tarixində açıb. Hazırda «iPhone» və «iPad» istehsalçısının 456-dan çox pərakəndə mağazası var və onların 190-ı ABŞ-dan kənarda yerləşir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL