Bankomatdan pul çıxarılarkən daha parola ehtiyac qalmayacaq
«Citigroup» bankı «Diebold»un istehsalı olan yeni bankomatları sınaqdan keçirir. Yeni bankomatlar müştərinin gözünün qüzehi qişasını skan etməklə nağd pul çıxartmağa imkan verir.
«The Wall Street Journal» internet nəşri yazır ki, nağd pulların çıxarılması üçün kredit kartlarından istifadə əvəzinə, yalnız bankın mobil tətbiqi quraşdırılmış smartfon və ya planşet lazım olacaq. Bundan sonra müştəri yaxınlıqda yerləşən bankomata yaxınlaşır, daha sonra istifadəçinin identifikasiyası üçün gözün qüzehi qişası skan edilir və bundan sonra bankomatdan nağd pulu çıxartmaq olar. Şirkətin nümayəndəsi əmin edir ki, bütün əməliyyat 10 saniyə vaxt alacaq.
Xatırladaq ki, cari ilin iyulunda «MasterCard» elan etmişdi ki, payızda yeni sistemin sınaqlarına başlayacaq: «selfi»nin köməyi ilə internetdə alış-verişi ödəməyə imkan verəcək. Şirkət, həmçinin səs və ürək döyüntüsünün tanınması sisteminin köməyi ilə ödəniş avtorizasiyasını işə salmağı planlaşdırır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL