MTN əhaliyə təqdim etdiyi e-xidmətlərdən birinin fəaliyyətini dayandırdı
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Fərmanı"nın icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi (MTN) tərəfindən fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.
Buna paralel olaraq nazirliyin saytı vasitəsi ilə göstərilən eyni xidmətin elektron versiyasının fəaliyyətinə də xitam verilib. Qeyd edək ki, sözügedən e-xidmət MTN tərəfindən "Elektron hökumət" portalına inteqrasiya edilən xidmətlər sırasında olub.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat verib. O qeyd edib ki, sözügedən fərmana əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə təşkil ediləcəkdir.
Fərman Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi daşıyır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və turizm fəaliyyətlərinə (ayrı-ayrılıqda) lisenziya verilən təşkilatların siyahısı ilə aşağıda verilən linklər vasitəsilə tanış olmaq mümkündür:
1. Mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin siyahısı .
2. Turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış obyektlərin siyahısı.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL