“BakuTel 2015” çərçivəsində “Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək
5 dekabr 2015-ci il tarixdə 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı (BakuTel 2015) çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə "Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri" I Respublika elmi-praktiki konfransı keçiriləcək.
Konfransın əsas istiqamətlərinə "Big Data Mining və Big Data analitika" (Big Data Mining and Big Data Analytics); "Big Data arxitekturaları" (Big Data Architectures); "Big Data-nın təhlükəsizliyi" (Big Data Security); "Big Data-nın tətbiqləri" (Big Data Applications) daxildir. Təşkilat Komitəsi məruzələrin tərtibatına dair tələblərə də aydınlıq gətirib.
Belə ki, konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş və əvvəllər çap olunmamış materiallar qəbul olunur. Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamalıdır.
Məruzə elektron şəkildə "bigdata.bakutel2015@gmail.com" ünvanına göndərilməlidir.
Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır. Məruzənin formatı IEEE standartına uyğun olmalıdır. Faylın yaradılması üçün "Sample_IEEE.doc" şablonundan istifadə edilməlidir. Düsturlar "Microsoft Equation" redaktorunda (avtomatik parametrlər ilə) yığılmalıdır. Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyadı ingilis dilində əlavə edilməlidir.
Məruzəçilər "MS PowerPoint" redaktorunda "On-screen Show" ("Ekran") formatında slaydlar hazırlamalıdırlar.
Məruzəni konfransın işçi dillərindən (ingilis, Azərbaycan və rus) birində təqdim etmək olar.
Ünvan: AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9. AMEA İnformasiya Texnologiyaları İnstitutu;
Tel.: (+994 12) 510-43-99;
E-poçt: bigdata.bakutel2015@gmail.com;
Faks: (+994 12) 539-61-21)olar.
Şablonu yükləmək üçün bu linklərdən - Azərbaycan dili və İngilis dili istifadə etmək olar:
Qeyd edək ki, 5 noyabr məruzələrin təqdim edilməsi üçün son tarixdir. 15 noyabr isə məruzələrin ekspertizasının nəticələri haqqında müəlliflərin məlumatlandırılması tarixidir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL