Rusiyada robot texnikası üzrə beynəlxalq mərkəz yaradılacaq
Rusiya Təhsil və Elm Nazirliyi ölkədə robot texnikası üzrə beynəlxalq elmi istehsalat mərkəzinin yaradılacağını açıqlayıb.
Bildirilir ki, yeni struktur Moskvada “MIS&S” Milli Texnoloji Universitetinin bazasında formalaşdırılacaq. Layihədə həmçinin “KamAZ”, “Tatneft”, “Soyuz-Aqro” və “Cognitive Technologies” şirkətlərinin iştirakı gözlənilir. Mərkəzin yaxın üç il üçün büdcəsi 1 milyard rubl (15 milyon 900 min dollar) təşkil edəcək.
“Bu, robot texnikası sahəsində dünyanın aparıcı alim və mütəxəssislərini bir araya gətirmək üçün lazım olan vahid infrastrukturdur”, - Rusiyanın təhsil və elm naziri Dmitri Livanov bildirib.
Mərkəzin robot texnikasının bionika, koqnitiv texnologiyalar, biometrika, nanorobot texnikası kimi perspektivli sahələrində tədqiqatlarla məşğul olması gözlənilir. Layihələrdən biri “KamAZ” şassisində yükdaşıyan pilotsuz uçan aparatlar ailəsinin inkişafı olacaq. Bu pilotsuz uçan aparatların ictimai yollarda 2025–2027-ci illərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan başqa, mərkəz mütəxəssisləri süni intellekt sistemlərinin, eləcə də yeni nəsil robotların müxtəlif elementlərinin hazırlanması üçün metal birləşmə və ərintilərin yaradılması ilə məşğul olacaqlar.
Mərkəzin 2016-cı ilin əvvəlində fəaliyyətə başlaması planlaşdırılır, - “RİA Novosti” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL