waplog

2015-ci ilin son rübündə noutbukların dünya üzrə tədarükü azalacaq


«Digitimes Research» analitik şirkətinin ekspertləri 2015-ci ilin son rübündə noutbuk bazarında növbəti azalma proqnozlaşdırıb. Analitiklərin qiymətləndirməsinə görə, cari ilin oktyabr-dekabrında noutbukların tədarük həcmi illik hesablama üzrə 17,5 və rüblük üzrə 5,3 faiz azalacaq.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, tədqiqata əsasən, dünya istehsalçıları ilə müqayisədə «Asustek» şirkətinin töhfəsi sayəsində Tayvan şirkətlərində daha az azalma qeydə alınacaq.
 
 
ABŞ brendlərinə gəlincə isə «Dell» və «Apple» şirkətləri sayəsində ötən rüblə müqayisədə noutbukların qlobal tədarük həcmində Amerika şirkətlərinin ümumi bazar payı cüzi artacaq. «Dell» şirkəti korporativ bazarda liderlik edir, «Apple» isə yüksək sinifli istehlak modelləri seqmentində liderdir, buna görə istehlak bazarında satışların zəif olması bu şirkətlərə çox cüzi təsir göstərəcək.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL