Stiv Balmer: «Microsoft» «Apple» şirkətinə sərmayə qoymaqla böyük səhv edib
Stiv Balmer 1997-ci ildə «Microsoft»un iflas həddində olan «Apple» şirkətinə maliyyə yardımını ağılsız hərəkət adlandırıb. 150 milyon dollar məbləğində pul yardımı Kupertino şirkətinə rəqiblərini ötməkdə, dünyanın ən bahalı şirkəti adına layiq görülməkdə kömək edib. Bu haqda «Microsoft»un keçmiş direktoru «Bloomberg TV»-yə müsahibəsində deyib.
«Əgər 1997-ci ili xatırlasaq, «Apple» iflas həddində idi və biz «Apple» şirkətinə sərmayə yatırdıq» - Balmer deyib.
Demək olar ki, bu, bizim tərəfimizdən edilmiş ən ağılsız hərəkətlərdən biri idi. Onlar bu imkandan düzgün istifadə edərək hazırda dünyanın ən bahalı şirkətidir.
1997-ci ildə «Apple» və «Microsoft» şirkətləri patentlərin lisenziyalaşdırılması haqda saziş imzalamışdı. «Microsoft» şirkəti «Mac» kompüterlərini ofis paketi ilə təmin etməyi söz vermişdi. Əvəzində «Apple» şirkəti «Internet Explorer»i əsas brauzer etməyi öhdəsinə götürmüşdü. Əslində bu addım «Microsoft»un rəqabət qabiliyyətini yüksəltmək və şirkəti bazarda inhisarçılıqla bağlı ittihamlardan qorumaq üçün nəzərdə tutulmuşdu.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL