waplog

Avropa İttifaqı şəbəkə bitərəfliyi və mobil rouminqdən imtina etdi


Avropa Parlamenti şəbəkə bitərəfliyini təmin edən düzəlişləri ləğv edib və Avropa İttifaqı ərazisində mobil rouminqin ləğvini təsdiqləyib. Qurumun rəsmi saytında yazılıb ki, yeni qaydalar 2017-ci ilin iyununda qüvvəyə minəcək.
 
 
"2017-ci ildə iyunun ortalarından etibarən Avropa İttifaqı ərazisində səyahət edən avropalılar  mobil qurğularından istifadəyə görə öz ölkələrində olduğu kimi eyni ödəniş edəcəklər" – vahid rəqəmli bazar məsələlərinə nəzarət edən Avropa Komissiyasının sədr müavini Andrus  Ansip deyib.
 
 
Yeni qaydalar qüvvəyə mindikdən sonra avropalılar üçün ittifaq daxilində rouminq üçün vahid əlavə məbləğ müəyylənləşdiriləcək: çıxan zənglərin 1 dəqiqəsi üçün 0,05 avro, SMS üçün 0,02 avro və 1 MB mobil internet üçün  0,05 avro. Ansip, həmçinin söz verib ki, 2016-cı ildə Avropa İttifaqının telekommunikasiya qaydalarına əsaslı baxış keçiriləcək.
 
Şəbəkə bitərəfliyi sahəsində yeni qanunvericilik xüsusi xidmətlər üçün nəzərdə tutulmuş məlumatların ötürülməsi üçün ayrılmış kanal yaradılmasına və ondan istifadəyə imkan verir.
 
 
Bir həftə əvvəl “Ümumdünya Hörümçək Toru”nun yaradıcısı cənab Tim Berners-Li yazdığı açıq məktubda yeni qaydaları innovasiya, söz azadlığı və şəxsi həyatın toxunulmazlıq hüququna təhlükə adlandırmışdı.
 
 
"Bu qaydalar, həmçinin Avropanın rəqəmli iqtisadiyyatda liderlik imkanlarını şübhə altına qoyacaq" – o yazmışdı.
 
 
Emil Hüseynov
 
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL