waplog

Avropada yeni yaradılan şirkətlərə 1,1 milyard dollar investisiya yatırılıb


2015-ci ildə Avropa Komissiyası vençur kapital bazarında aktiv olmaqla qitə üzrə vençur fondlara 1,1 milyard dollar investisiya yatırıb.
 
Bildirilir ki, məqsədlərindən birinin əlavə iş yerlərinin yaradılması olan investisiyalar regionun texnoloji sahəsinin aktivləşdirilməsi və artımın sürətləndirilməsi üzrə strategiyanın tərkib hissəsidir.
 
Hökumətin vençur fondlara investisiyaların qoyulması təşəbbüsündə iştirakı həmçinin sahibkarlar tərəfindən şikayətlərin azaldılmasına yönəlib. Onların fikrincə, Avropada maliyyələşmə sərt qaydalarla tənzimlənir və bəzən şirkətlərin Avropanı tərk etməsi ilə nəticələnərək onların özləri ilə istedadlı və təcrübəli kadrları aparmasına səbəb olur. Bir sözlə, Avropadan fərqli olaraq ABŞ-da vençur fondların maliyyələşdirilməsi ilə dövlət orqanları məşğul olmur.  
 
Qeyd olunur ki, 1,1 milyard dollarlıq məbləğ iyirmi vençur fond ilə imzalanan saziş çərçivəsində investisiya edilib. Fondların məqsədi əldə olunan 1,1 milyard dollardan istifadə etməklə 13,2 milyard dollar məbləğində vəsait toplamaqdır, - "Payspacemagazine” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL