“Elektron Təhsil” Respublika müsabiqəsinə layihələrin qəbulu noyabrda başa çatacaq
"Elektron Təhsil" Respublika müsabiqəsinə layihələrin qəbulu 05.11.2015 saat 00:00-da başa çatacaq. 2015-ci ildə "Müəllim" və "Şagird" istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan "Elektron təhsil" Respublika müsabiqəsində iştirak etmək üçün indiyə qədər 757 müəllim, 538 şagird, 12 valideyn və 32 digər istifadəçi qeydiyyatdan keçib.
Müsabiqənin Təşkilat Komitəsindən qeyd edilib ki, oktyabrın 28-i tarixinə müsabiqəyə təqdim olunmuş layihələrin sayı cəmi 340-dır. Təqdim edilən layihələrin 330-u qəbul edilib, 10 layihə isə qəbul olunmayıb.
Qeyd edək ki, müsabiqənin məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL