waplog

Hindistanda dünyanın ən ucuz smartfonu istehsal ediləcək


Cari ilin sonuna kimi Kanadanın «DataWind» şirkəti Hindistanın «Reliance Communications» şirkəti ilə birgə dünyanın ən ucuz (15 dollar) smartfonunu nümayiş etdirəcək.
 
 
Bu haqda «DataWind» şirkətinin icraçı direktoru Sunit Sinqx Tuli «Economic Times» qəzetinə müsahibəsində deyib.
 
 
"Məqsədimiz dəyəri 1000 rupidən az olan smartfon istehsal etməkdir. Qurğu «Linux» əməliyyat sistemi ilə işləyəcək" - «DataWind» şirkətinin icraçı direktoru deyib.
 
 
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, həmçinin smartfon sahiblərinə illik ödənişsiz internet paketi veriləcək.
 
 
Xatırladaq ki, 2011-ci ildə «DataWind» şirkəti 35 dollarlıq «Aakash» adlı planşet kompüterini təqdim etmişdi.
 
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL