“Elektron hökumət” portalına inteqrasiya olunmuş Vahid Miqrasiya Məlumat Sistemi ilə əlaqədar müzakirə aparılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Dövlət Miqrasiya Xidmətinin (DMX) səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.
Mərkəzdən verilən məlumata görə, görüşdə DMX-nin “Elektron hökumət” portalına inteqrasiya olunmuş Vahid Miqrasiya Məlumat Sistemi ilə əlaqədar texniki, proqram və prosedur məsələlərin ətraflı müzakirəsi aparılıb.
Əsas məsələlərdən biri kimi, mobil nömrə satışı qaydalarına edilmiş dəyişikliklərə uyğun olaraq Azərbaycan Respublikasına daxil olan əcnəbi vətəndaşlar mobil nömrə alarkən MHM-in Sellülar (mobil) Nömrə Satışı üzrə Vahid İnformasiya Sisteminin xidmətlərindən istifadə zamanı ortaya çıxa biləcək məsələlər müzakirə olunub.
Bundan başqa, DMX-nin nümayəndələri ilə “Elektron hökumət” portalı üzərindən digər qurumlarla inteqrasiya məsələlərindən danışılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL