waplog

2015-ci ilin üçüncü rübündə smartfonların dünya tədarükü 355 milyonu ötüb


«IDC» tədqiqat şirkətinin ilkin məlumatlarına əsasən, 2015-ci ilin üçüncü rübündə dünya bazarına 355,2 milyon smartfon tədarük edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz yüksəkdir.

Ötən rüb qlobal smartfon bazarında nəticələr «IDC»-nin proqnozundan (363,8 milyon aparat) bir qədər aşağı olub.

Mütəxəssislər bunu «iPhone»un tədarük göstəricilərinin gözlənildiyindən aşağı olması, həmçinin «Android» əsaslı bir çox yeni qabaqcıl modellərin qiymətinin istehlakçılar üçün cəlbedici olması ilə izah ediblər.
 
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Samsung» şirkəti smartfon bazarında liderdir. Ötən rüb Cənubi Koreya nəhəngi 84.5 milyon smartfon tədarük edib. «Samsung»un bazar payı, demək olar, dəyişməyib və 23,8 faiz təşkil edib.
 
 
Yeni «iPhone» smartfonunun çıxarılması hesabına «Apple»ın bazar payı 22,2 faizə yaxınlaşıb. Yeni «iPhone 6S» və «6S Plus» modelləri ilə yanaşı, qurğunun əvvəlki versiyalarına («iPhone 5S», «6» və «6 Plus») tələbat yüksəkdir. Mütəxəssislər hesab edir ki, bahalı modeli möhlətlə satın almaq üçün şirkət tərəfindən tətbiq edilən «iPhone Upgrade» proqramı inkişaf etmiş bazarlarda «alma» cihazına tələbatı artırmaqda kömək edəcək.
 
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL