“Sharp” şirkəti “Galapagos” planşetlərinin istehsalını dayandırır
Yaponiyanın “Sharp” şirkəti 5,5 və 10,8 düymlü ekranlar ilə olan “Galapagos” planşetlərinin 2 modelinin istehsalının dayandırılmasını elan edib. Satışda qalacaq yeganə “Galapagos” planşeti 7 düymlü ekranla olan modeldir.
2010-cu ilin dekabr ayından satışa çıxarılan 5,5 və 10,8 düymlü planşetlərdən fərqli olaraq, bu model 2011-ci ilin avqust ayında təqdim edilib və yalnız Yaponiyada satılır.
Bu ölkədə planşetin satışını “eAccess” internet provayderi həyata keçirir. “Sharp” şirkəti qurğular bazarda olduğu müddətdə, 9 ay ərzində nə qədər planşet satıldığını açıqlamır.
Bununla belə, şirkət nümayəndəsi qeyd edib ki, “Sharp” şirkəti “Galapagos” planşetlərini satışa çıxaran zaman qarşısına qoyduğu hədəflərə nail olub.
Məlumat üçün bildirək ki, şirkət “Galapagos” planşet xəttini 2010-cu ilin sentyabr ayında təqdim edib, o zaman 5,5 və 10,8 düym diaqonallı ekranlar ilə 2 modeldən ibarət idi. Hər iki aparat “Android” əməliyyat sistemi ilə işləyirdi.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL