waplog

Almaniyada kibercinayətkarlıqda şübhəli bilinənlərin mənzillərində axtarışlar aparılıb


Almaniya polisi son iki ildə “DroidJack” kompüter virus proqramının alınmasında şübhəli bilinən on üç nəfərin mənzilində axtarış aparıb.
 
“DroidJack” cinayətkarlara “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlara müdaxilə etməyə, məlumat axınını izləməyə, danışıqları dinləməyə, smartfonun kamerasından istifadə etməyə və qurğu sahibinin icazəsi olmadan mətnli bildirişlər göndərməyə imkan verir.
 
Kibercinayətkarlıqda ixtisaslaşan Frankfurt prokurorluğu bəyan edib ki, şübhəlilərin bir-biri ilə əlaqəsi yoxdur, onların yaşı 19-51 arasında dəyişir.
 
Çərşənbə axşamı keçirilən axtarışlar Avropanın müxtəlif ölkələrində keçirilən və Avropol tərəfindən koordinasiya edilən əməliyyatların tərkib hissəsidir.
 
Oxşar polis reydləri həmçinin Böyük Britaniya, Fransa, Belçika və İsveçrədə keçirilib, - "BBC” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL