waplog

Boloniya prinsiplərinə uyğun yaradılan tələbə işləri üzrə məlumat sisteminin təqdimatı keçirilib


Xəzər Universitetində Boloniya prinsipləri əsasında hazırlanan tələbə işləri üzrə məlumat sistemi – "SİMS"-in (Student İnformation Management System) təqdimatı keçirilib.
 
 Təqdimat mərasimində çıxış edən Xəzər Universiteti Texnoparkının direktoru Özden Doyuran qeyd edib ki, sistem təhsilin elektron idarə edilməsini təmin edən platformadır:




 
 "Bu sistem Xəzər Universiteti Texnoparkında hazırlanıb və artıq iki ildir ki, Xəzər Universitetində istismar edilir. "SİMS" bir universitetin bütün akademik ehtiyaclarına cavab verən yüksəksəviyyəli  informasiya sistemidir. Sistem bir neçə dildə mövcuddur. Buraya Azərbaycan, türk, ingilis və rus dilləri daxildir. Hal-hazırda bu dördə dillə yanaşı, sistemə yeni dillər də əlavə oluna bilər".
 
Sistemin hazırlanmasında ən müasir sistemlərin təcrübə modeli kimi nəzərdən keçirildiyini deyən Ö.Doyuran "SİMS"-in verdiyi imkanlardan söz açıb. Belə ki, tələbə informasiya idarəetmə sisteminin məqsədi başqa heç bir proqram təminatına ehtiyac duyulmadan hər hansı universitetin bütün tələblərini ödəməkdir. Azərbaycan təhsil sisteminə uyğun olaraq hazırlanan sistemdə tələbələrin ilk qeydiyyatından məzun olduqları dövrə qədər olan bütün növ məlumatları saxlanılır və ehtiyac olduqda çox rahat şəkildə əldə edilə bilir. Sistemə tələbələrin girişi də mümkündür və bunun üçün  sistem tərəfindən avtomatik müəyyənləşən kod tələb olunur. Tələbələr onlara verilən bu kodlar vasitəsilə sistemə daxil olaraq təhsil müddəti ərzində olan akademik məlumatları izləyə bilərlər.
 
Bundan başqa, heç bir əlavə əməliyyat yerinə yetirmədən sistemdən istənilən statistik məlumatları, hesabatları çıxarmaq mümkündür. Statistik məlumatlardan əlavə sistem üzərindən təklif olunan anketlər vasitəsi ilə tələbələrin müxtəlif məsələlərə münasibətini də öyrənmək mümkündür. 
 
Sistemin digər xüsusiyyətlərinə gəlincə, "SİMS"-ə istənilən vaxt  internet olduğu halda bütün platformalardan daxil olmaq mümkündür. İstifadəçi dərslərə aid olan bütün məlumatları (dərs cədvəli, dərs qrupları, qrup sayları və s.) sistemdən idarə edə bilir. Məsələn, "Gradelist" vasitəsilə tələbələrin nailiyyətləri ilə tanış olmaq olar. Və yaxud sistemdə "Dekanın fəxri vərəqi" modulu da yerləşdirilib. Bu səhifədə yer alan tələbələrin adları onların əldə etdikləri nəticələr əsasında sistem tərəfindən avtomatik olaraq müəyyənləşir.
 
Həmçinin sistemdə dərsə qeydiyyat tələbələr tərəfindən yerinə yetirilir. Lakin universitet qeydiyyat prosesinə istənilən zaman nəzarət etmək imkanına malikdir.
 
Sistem istənilən növ akademik sənədləri hazır şəkildə çıxararaq vaxt qazanmaq imkanı da verir. Daha bir üstünlük - sistemdə bütün növ maliyyə əməliyyatlarının asanlıqla yerinə yetirilməsidir.
 
Tədbirdə sözügedən sistemin digər ali təhsil müəssisələrində də tətbiq oluna biləcəyi vurğulanıb. İnteraktiv formada keçirilən təqdimat mərasimi iştirakçıların suallarının   cavablandırılması və qızğın müzakirələrlə  davam etdirilib.
 
 
 
Həqiqət İSABALAYEVA


 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL