waplog

Onlayn sifarişlər sərnişin avtobusları ilə çatdırılacaq


Almaniyanın “Sennder” şirkəti Avropa İttifaqı ərazisində internet sifarişlərinin sərnişin avtobusları ilə çatdırılması xidmətini istifadəyə vermək niyyətindədir. Yüklərin bu üsulla çatdırılması onların daşınma müddətini azaltmağa və beynəlxalq xərclərini azaltmağa imkan verəcək. 
 
Şirkət artıq Avropanın bir neçə sərnişindaşıma avtobus operatoru ilə yüklərin daşınması ilə bağlı razılıq əldə edib.
 
Bildirilir ki, yüklərin yaşayış məntəqəsi ərazisində çatdırılma yerli daşıyıcıların nəqliyyat vasitələri ilə həyata keçiriləcək.
 
Layihəyə lokal tərəfdaşların qoşulması ilə bağlı danışıqlar isə davam etdirilir.
 
Yüklərin avtovağzalların yaxınlığında yerləşən çeşidləmə mərkəzlərində qəbulu nəzərdə tutulur.
 
“Sennder” həmtəsisçisi Nikolas Stefanın sözlərinə görə, ilk növbədə kiçikqabaritli bağlamalar üçün nəzərdə tutulan xidmət şirkətin qurulan nəqliyyat infrastrukturunun tərkib hissəsi olacaq. Bura həmçinin ənənəvi çatdırılma üsulları daxildir. O, bu yeniliyin ümumilikdə xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib, - “Payspacemagazine” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL