“Apple Watch” saatı “Viber” messencerini dəstəkləməyə başlayıb
“Apple Watch” smart saatı 600 milyon unikal istifadəçisi olan populyar “Viber” messencerini dəstəkləməyə başlayıb.
“Viber” istifadəçiləri smartfonu cibdən çıxarmadan “Apple Watch” vasitəsilə həmsöhbətlərinin tam siyahısından yararlana, alınan bildirişlərə baxa və tez onlara cavab verə biləcəklər. Vaxta qənaət məqsədilə əvvəlcədən quraşdırılan bildirişlər siyahısından cavablar seçmək təklif olunur.
Bura “Tezliklə olacağam”, “Bağışlayın, indi danışa bilmirəm”, “Çox gözəl səslənir” və s. kimi ifadələr daxildir. Bununla yanaşı, şəxsi bildirişlər yaradaraq onları saxlamaq mümkün olacaq ki, sonradan onlardan cavablarda istifadə edilsin, - "3DNews” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL