waplog

Dünyada ən sağlam insanlar harada yaşayır?


Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında «Bloomberg» agentliyi tərəfindən aparılmış tədqiqatın nəticəsinə görə, ən sağlam insanlar Sinqapurda yaşayır.
 
«ICTnews.az» Elektron Xəbər Xidməti  «interfax.ru» saytına istinadən yazır ki, sağlamlıq göstəriciləri proqnozlaşdırılan ömür müddəti, ölüm səbəbləri, yaş qrupları kimi  bir çox amillər əsasında qiymətləndirilib. Risklər isə sağlamlığa mənfi təsir edən əlamətlər nəzərə alınmaqla müəyyən edilib. Belə ki, gənclər arasında siqaret çəkənlərin sayı, yüksək xolesterin və yüksək təzyiq səviyyəsinə malik əhalinin sayı, vaksinləmənin yayılma dərəcəsi, piylənmədən əziyyət çəkənlərin sayı risk faktoru kimi nəzərə alınıb.
 
 
Sinqapur əhalisi bütün kateqoriyalar üzrə 89,45 faizlik yüksək göstərici nümayiş etdirib. İkinci pillədə 89,07 faiz göstərici ilə italiyalılar qərarlaşıb. Avstraliya vətəndaşları 88,33 faiz toplayaraq üçüncü olub.
 
İlk onluqda İsveçrə (4-cü pillə, 88,29 faiz), Yaponiya (5-ci pillə, 86,83 faiz) və İsrail (6-cı pillə, 85,97 faiz) qərarlaşıb.
 
 
Böyük Britaniya reytinq cədvəlində  (76,84 faiz) 21-ci, ABŞ (66,84 faiz) isə 33-cü pillədə yerləşib.
 
Qeyd edək ki, reytinqin tərtibi zamanı hərbi əməliyyatlar nəticəsində ölüm halı  nəzərə alınmayıb, buna görə Suriya və Liviya kimi ölkələr reytinqin yuxarı pillələrində qərarlaşıblar.
 
Reytinqin aşağı pilləsində isə Afrika dövlətləri bərqərar olub.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL