“IDC”: İT xidmətləri bazarının həcmi dolların möhkəmlənməsinə görə azalıb
Bu il dünya informasiya texnologiyaları və biznes xidmətləri bazarının həcmi pul ifadəsində (dollar hesablamasında) 3,4 faiz azalacaq.
Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir. İT sektorunda azalma 4,8 faiz, biznes sektorunda 0,2 faiz təşkil edəcək. Bununla yanaşı, 2015-ci ildə valyuta məzənnələrinin dəyişməsi nəzərə alınaraq bazarın həcmi təxminən 3,9 faiz yüksəlib.
Analitiklər 2016-cı il üçün dollar hesablamasında da artımın bərpa olunacağını proqnozlaşdırırlar. Bazarın həcmi ümumilikdə 3,9 faiz artacaq (İT sektorunda 2,9 faiz, biznes sektorunda 6,1 faiz). Valyuta məzənnələrinin dəyişməsi Avropa, Yaxın Şərq, Afrika ölkələrinin, eləcə də Asiya-Sakit okean regionu bazarının həcminə öz təsirini göstərib. Burada bazarın həcmində müvafiq olaraq 11,1 və 2,9 faiz azalma qeydə alınıb. Bununla bərabər, Şimali və Cənubi Amerikada bazarın həcmi 1,8 faiz yüksəlib.
Analitiklərin proqnozlarına görə, 2016-cı ildə infrastruktur və biznes konsultasiya xidmətləri seqmenti daha yüksək templərlə artacaq (müvafiq olaraq 8,2 və 7,7 faiz). Analitiklər bunu gələcəkdə biznesdə “bulud” texnologiyalarının tətbiqinin genişlənməsinin əlaməti hesab edirlər. Lakin uzunmüddətli perspektivdə böyüklüyünə görə ən iri seqmentlər biznes prosesləri autsorsinqi və sistemli inteqrasiya qalacaq. Onların hər birinin həcmi 100 dolları ötür, - “Computerworld” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL