XİN vizaların verilməsi ilə bağlı KİV-də yayılan inzibati reqlament məsələsinə aydınlıq gətirib
“Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində tam səhih məlumat verilməyib”.
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib. O, vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq etdiyi açıqlamasında bildirib ki, “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının hələ 2014-cü il 18 sentyabr tarixli Q/04-14 nömrəli Qərarı ilə təsdiq edilib.
“Mahiyyət etibarilə, kütləvi informasiya vasitələrinin istinad etdiyi reqlament yeni qəbul edilmiş sənəd deyildir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyasının 20 oktyabr 2015-ci il tarixli Q/09-15 saylı qərarı ilə bu reqlamentə dəyişiklik edilib. Reqlamentin 3.4.2-ci yarımbəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilib” – deyən H.Hacıyevin sözlərinə görə, bu dəyişiklik “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə edilib.
“Müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də də eyni dəyişiklik edilib” - deyə XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, yuxarıda qeyd edilən fikirlər eyni zamanda e-vizanın verilməsinə də aiddir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL