Nazir: “Elektron kənd təsərrüfatı sisteminin yaradılması üzrə öhdəliklərimiz var”
“Üzərimizə sahə üzrə informasiya texnologiyaları istiqamətində infrastrukturun gücləndirilməsi və elektron kənd təsərrüfatı sisteminin yaradılması və digər bu kimi mühüm vəzifələr qoyulub. Bununla bağlı əhəmiyyətli addımlar atılıb və müəyyən nəticələr əldə olunub”.
Bu fikirləri kənd təsərrüfatı naziri Heydər Əsədov söyləyib. Kənd Təsərrüfatı İşçiləri Günü ilə əlaqədar keçirilən tədbirdə nazir əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.
O qeyd edib ki, Prezident İlham Əliyev kənd təsərrüfatının ərzaq təhlükəsizliyində və qeyri-neft sektorunun inkişafında mühüm rolunu nəzərə alaraq, 2015-ci ili Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edib və bununla da aqrar sektorun inkişafında yeni mərhələ başlayıb.
Prezidentin tapşırığı ilə hazırlanan tədbirlər planında kənd təsərrüfatı məhsulları istehsalının dəstəklənməsi, şəffaflığın təmin edilməsi, elmi təminatın və kadr hazırlığının yaxşılaşdırılması, informasiya texnologiyaları üzrə infrastrukturun gücləndirilməsi, elektron xidmətlər və digər bu kimi mühüm vəzifələr əksini tapıb.
Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən nazir bildirib ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və qabaqcıl dünya təcrübəsinin öyrənilməsi istiqamətində davamlı işlər bundan sonra da davam etdiriləcək.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL