YAP oktyabr ayından etibarən“Facebook” kursları təşkil edəcək
Hakim Yeni Azərbaycan Partiyası (YAP) gənclərin sosial şəbəkələrlə bağlı biliklərini artırmaq üçün kurslar təşkil edəcək. Bu barədə qurumun Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın regionlarında yaşayan gəncləri maarifləndirmək, onlara müasir texnologiyaların imkanlarından istifadə etməyə yardım etməkdir: “Hazırda Azərbaycanda informasiya texnologiyaları yüksək sürətlə inkişaf edir.
Ölkəmizin bütün regionlarında, hətta dağ kəndlərində belə internetə çıxış imkanları var. Biz də istəyirik ki, gənclərimiz bu imkanlardan hərtərəfli istifadə edə bilsinlər”.
YAP Gənclər Birliyinin sədri qeyd edib ki, kurslar oktyabr ayından etibarən başlayacaq: “Müxtəlif bölgələrdə gənclər üçün iki-üç günlük kurslar keçiriləcək”.
S.Orucov bildirib ki, gənclərin sosial şəbəkələrlə bağlı biliklərinin artırılmasında məqsəd sosial şəbəkələr vasitəsilə YAP-ın təbliğatını həyata keçirmək deyil: “Başlıca məqsəd gənclərimizin maarifləndirilməsidir”.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL