waplog

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yeni idarəetmə sistemini tətbiq edir


Azərbaycanın “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti, 
 Əməyin Təhlükəsizliyi və Ətraf-mühit (SƏTƏM) İdarəetmə sistemini tətbiq edir.


“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, SƏTƏM fasiləsiz sağlamlıq, təhlükəsizlik və ətraf mühit sahəsində beynəlxalq İSO 14001:2004 və İSO 18001:2007 standartlarına uyğun işlənib hazırlanan kompleks siyasətə əsaslanır.
 
Hər hansı bir işə başlamazdan əvvəl layihəyə aid olan SƏTƏM üzrə plan hazırlanır, təsdiq olunur və iştirakçı tərəflərin nəzərinə çatdırılır. Ehtiyac olduğu təqdirdə əlavə prosedurlara müraciət olunur. Sistem  əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklər üzrə müvafiq nəzarəti həyata keçirməyi, təhlükəsiz iş mühiti yaratmaq üçün texnika, avadanlıq və qurğuların texniki xidmətlərini təmin etməyi nəzərdə tutur.
 
Hazırda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” sistemi yaradaraq onun fəaliyyətində  tətbiq edə biləcək şirkətlərlə danışıqlar aparır. Danışıqların nəticələri bu il noyabr ayının ikinci yarısında məlum olacaq.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL