waplog

Mobil aksessuar satışından əldə olunan qlobal gəlir ildə orta hesabla 4,3 faiz artacaq


«ABI Research» analitik şirkətinin proqnozuna görə, 2015-ci ildə dünya mobil aksessuar bazarında gəlirin həcmi 81,5 milyard ABŞ dolları təşkil edəcək və 2020-ci ildə 101 milyard dollara yaxınlaşacaq. Beləliklə, 2015-2020-ci illərdə orta illik artım 4,3 faiz təşkil etməlidir.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, sözügedən bazarda qoruyucu futlyarlar ən populyar kateqoriya olacaq: mobil cihazlar üçün aksessuar bazarına tədarükün çox hissəsi bu kateqoriyanın payına düşəcək. Enerjidoldurma qurğuları ikinci pilləni tutacaq, ekranlar üçün qoruyucu plyonkalar və qulaqcıqlar növbəti pillələrdə qərarlaşacaq.
 
 
"Smartfonlar o qədər incə və yüngüldür ki, çexollar sadəcə lazımdır. Bundan başqa, futlyarlara tələbatın artımı simsiz enerjidoldurma və mobil ödənişlər imkanı kimi funksiyaların yaradılmasını stimullaşdırır" - «ABI Research»in analitiki Marina Lyu deyib.
 
 
Qulaqcıqlar gəlir baxımından ən sürətli artan kateqoriya olacaq və yaxın 5 ildə bu tip qurğuların tədarük həcmi ildə orta hesabla 5,7 faiz artacaq. «Bluetooth» qulaqcıqların payı artır, hərçənd naqilli qulaqcıqlara tələbat, həmçinin sabit yüksək olaraq qalır.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL