waplog

AMEA-da innovasiya sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə AMEA arasında innovasiya sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib.
 
Akademiyadan bildirilib ki, müzakirələr UNEC-də AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayevla keçirilən görüşdə aparılıb.  Azərbaycan Dövlət İqtisad Universitetində olub.
 
 
Görüşdə iki qurum arasında innovasiya sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib, birgə layihələrin işlənilməsinə dair ilkin razılıq əldə olunub. Bu layihələrdə iştirak üçün tərəfdaşların seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Texnoparkların yaradılması, patent işinin təkmilləşdirilməsi və s. mövzuların müzakirə edildiyi görüşdə konkret layihəyə də baxılıb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL