waplog

Cenevrədə Ümumdünya Radiorabitə konfransı öz işini davam etdirir


Ötən gün  Cenevrədə start götürən Ümumdünya Radiorabitə konfransı öz işini davam etdirir.
 
Konfransın məqsədi radiorabitənin mövcud normativ bazasını - radiorabitə reqlamentini təhlil etmək və zərurət olduğu halda bu sənədi yeniləməkdir.
 
 
«ICTnews.az» saytı «BMT»-nin saytına istinadən yazır ki, bu konfrans informasiya və kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı nəzərə alınaraq, radiotezlik spektri və peyk orbitləri üzərində qlobal idarəetmənin təmini zərurəti ilə keçirilir ki, insanlar gündəlik həyatda yüksəkkeyfiyyətli radiorabitədən istifadə və təhlükəsiz səyahət etmək imkanına malik olsunlar.
 
 
"Ümumdünya Radiorabitə konfransı radiorabitə sahəsinin tənzimlənməsi üzrə yeni və daha səmərəli üsullar müəyyənləşdirəcək" - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Koulin Çjao bildirib.
 
 
Konfransda 160-dan çox dövlətin nümayəndələri iştirak edir.
 
 
BTİ 1865-ci ildə təsis edilib. Cari ildə 150 illiyini qeyd edir. 1865-ci ildə Parisdə ilk Beynəlxalq teleqraf konvensiyası imzalanıb və BTİ-nin yaradılması ilə bağlı qərar qəbul olunub. 1947-ci ildən BTİ BMT sisteminin ixtisaslaşdırılmış qurumudur.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL