Kuba və ABŞ arasında ilk dəfə birbaşa mobil rouminq haqqında saziş imzalanıb
Kuba və ABŞ arasında tarixdə ilk dəfə birbaşa mobil rouminq xidməti haqqında saziş imzalanıb.
Sazişə Kubanın “Etecsa” operatoru və ABŞ-ın “Sprint” şirkətinin rəhbərləri imza atıblar. ABŞ operatorunun nümayəndəsi Marselo Klaurenin sözlərinə görə, xidmətin göstərilməsinə yaxın həftələrdə başlanılacaq.
Sazişə görə, “Sprint” şirkətinin 60 milyon abunəçisi "Etecsa” şəbəkəsində telefon zəngləri etmək və qəbul etmək, SMS göndərmək və qəbul etmək, eləcə də məlumatlar ötürmək imkanı əldə edəcək. Həmçinin rouminq üçün hesablaşmalar ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi və indiyədək qüvvədə olan iqtisadi embarqoya görə dollardan fərqli valyutada həyata keçiriləcək.
17 dekabr 2014-cü ildə ABŞ və Kuba ABŞ tərəfindən çoxillik iqtisadi qadağadan sonra ölkələr arasında diplomatik münasibətləri normallaşdırmaq niyyətində olmasını bəyan edib, - “RİA Novosti” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL