waplog

Yaponiya şirkəti Bakıda keçiriləcək beynəlxalq idman yarışmalarının tərəfdaşı olmaqda iddialıdır


Yaponiyanın “Sony” korporasiyası şirkəti Azərbaycanda yaxın gələcəkdə keçiriləcək “Formula1” yarışmasında və 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının tərəfdaşı olmaqda maraqlıdır.
 
“Sony Middle East” şirkətinin rəhbəri Satoru Arayinin  “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bununla bağlı şirkətin konkret  planları yoxdur.
 
“Bu yarışmalarda iştirak ilə bağlı konkret planlarımız yoxdur, lakin yarışmaların tərəfdaşı qismində çıxış edə və bu tədbirlər çərçivəsində monitorlarımızı təqdim edə bilərik. Biz həmçinin bilirik ki, “Formula1”-də iştirak edən tamaşaçılar yarışmanı izləməklə yanaşı, geniş çeşiddə şəkil çəkməkdə maraqlıdırlar və onlara müxtəlif növdə peşəkar və həvəskar kameralarımızı da məsləhət görə bilərik”, - deyə Satoru Arayi bildirib.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL