waplog

“Azercell”in iki sosial layihəsi nüfuzlu mükafata layiq görüldü


Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən növbəti dəfə mükafata layiq görülüb.
 
 
Oktyabrın 28-də “Azercell” şirkətinin  Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində həyata keçirdiyi iki təşəbbüs “AmCham” seçim komitəsi tərəfindən daha çox səs toplayaraq qiymətləndirilib.
 
 
Müsabiqəyə təqdim olunan KSM layihələri arasında “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti  “İqtisadi güc” nominasiyası üzrə ikinci yeri tutub. “Mədəniyyət” nominasiyası üzrə “Azercell Telekom” MMC-nin Uşaq Paralimpiya Komitəsinə dəstəyi isə xüsusi diqqətə layiq görülüb.
 
 
“Azercell”-in nəzdində yaradılan və artıq bir çox uğurlara imza atan “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi istedadlı gənclərin üzə çıxarılması və onların təşəbbüslərinin dəstəklənməsi, Azərbaycanda texnoloji innovasiyaların artması istiqamətində xeyli iş görüb. İndiyədək “Barama” Mərkəzində onlarla layihə reallaşdırılıb, bəzi gənclər isə artıq öz bizneslərini qurublar. 
 
“Azercell” Azərbaycanda fəaliyyət göstərdiyi 18 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışıb. “Azercell”-in həyata keçirdiyi növbəti layihə Paralimpiya komitəsində məşğul olan uşaqların cəmiyyətə inteqrasiyası, yeni qələbələrə həvəslənməsi üçün böyük stimuldur.
 
 
60-dan çox təşkilatı öz ətrafında birləşdirən “AmCham” Azərbaycanda KSM-lə bağlı ən yaxşı təşəbbüsləri üzə çıxararaq bu cür fəaliyyətlərin stimullaşdırılması məqsədilə bu qiymətləndirməni həyata keçirir. Qeyd edək ki, ötən il də “Azercell” şirkəti sosial fəaliyyətinə görə həmin təşkilatın mükafatına layiq görülmüşdü.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL