Cənubi Koreya məhkəməsi “iPhone” istifadəçilərinə smartfonun geolokasiya məlumatları toplmasına görə kompensasiyanın ödənilməsini rədd edib
Cənubi Koreyanın Busan şəhər Apelyasiya Məhkəməsi "iPhone" smartfon istifadəçilərinə qurğunun geolokasiya məlumatları toplamasına görə kompensasiyanın ödənilməsi ilə bağlı qaldırılan iddianı rədd edib. İddiaçılar "iPhone" smartfon istehsalçısı olan ABŞ-ın "Apple" şirkətindən 1 milyon von (880 dollar) məbləğində kompensasiya tələb ediblər.
"Məlumatların toplanması zamanı fərdi məlumatların sızması baş verməyib, buna görə də kompensasiya ilə bağlı tələb əsassızdır", - məhkəmənin qərarında deyilir.
2011-ci ildə Koreya Respublikasının Kommunikasiyalar üzrə Komissiyası "Apple" şirkətinin fərdi məlumatların mühafizəsi, o cümlədən istifadəçinin olduğu yer haqqında informasiyalar ilə bağlı milli qanunvericiliyi pozmasına görə cərimə ödəməsi ilə bağlı qərar çıxarıb. Bundan sonra 28 min koreyalı məhkəməyə kompensasiyanın ödənilməsinə görə müraciət edib. Birinci instansiya məhkəməsi ABŞ şirkətinin xeyrinə qərar çıxardıqdan sonra 299 nəfər apelyasiya şikayəti verib.
Kommunikasiyalar üzrə komissiya bir müddət əvvəl bəyan edib ki, "iPhone" smartfonları istifadəçi geolokasiya funksiyasını söndürsə belə onun olduğu yer barədə məlumat toplayır. Cənubi Koreya qanunlarında bunun üçün abunəçinin razılığı tələb olunur, - "TASS" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL