waplog

Asiyanın maliyyə texnologiyalarına investisiyalar 4 dəfə artıb


Cari ilin üç rübündə Asiya-Sakit okean regionunda maliyyə texnologiyalarına yatırılan investisiyaların həcmi 3,5 milyard dollar təşkil edib, halbuki ötən il ərzində regionun bank olmayan maliyyə texnologiyaları şirkətləri 880 milyon dollar kapital qoyuluşu cəlb edə bilib. Bu barədə “Accenture” tədqiqat şirkətinin yeni hesabatında deyilir.
 
Ekspertlərin fikrincə, bu rəqəmlər yerli bank sənayesi üçün həyəcan siqnalıdır. Çünki elektron ticarət sahəsinin “Alibaba” kimi iri şirkətləri maliyyə sahəsində eksperimentləri dayandırmağı planlaşdırmayaraq tədricən ənənəvi bankçılığın təsir dairələrini ələ keçirir.
 
Hesabata görə, sərmayədarlar Asiya-Sakit okean regionunun maliyyə texnologiyalarına daha çox ödənişlərə (40 faiz) və kreditləşməyə (25 faiz) investisiya yatırıblar. 
 
İnvestorlar arasında daha populyar Çinin “Alibaba” və onun “Ant” törəmə şirkətinin maliyyələşdirilməsi olub. Həmçinin Hindistanın “Paytm” ödəniş əlavəsinə, bir neçə alternativ maliyyə və investisiya servislərinin hazırlanması ilə məşğul olan "Ping An Insurance Group venture Lufax” platformasına investisiyalar yatırılıb, - “Payspacemagazine” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL