Prezident İlham Əliyev: ""Elektron məhkəmə" informasiya sisteminin yaradılması həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq"
"Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər ölkədə məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında etdiyi çıxışı zamanı söyləyib.
Dövlət başçısı məhkəmə sistemində aparılan islahatlardan və "Elektron məhkəmə" sistemindən danışaraq həyatda hər şeyin ədalət əsasında qurulmasının vacibliyini qeyd edib:
"Hesab edirəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar mühüm rol oynayır. Xüsusilə "Elektron məhkəmə" informasiya sisteminin yaradılması, - bu binada artıq bu sistem tətbiq olunur, - həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq. Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcəkdir".
Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində "Elektron məhkəmə" informasiya sisteminin quraşdırıldığını və bunun da çox ciddi islahat olduğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, məhkəmələrin qərarları ədalətli olmalıdır:
"Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir".
Azərbaycanda yüzlərlə mətbu orqan, azad internetin mövcud olduğunu da vurğulayan Prezident İlham Əliyev bildirib ki, əhalinin 75 faizi internet istifadəçisidir:
"Son parlament seçkiləri bir daha onu göstərir ki, Azərbaycan demokratiya yolu ilə inamla, uğurla gedir. Son parlament seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edibdir. Yüzlərlə xarici müşahidəçi seçkilərə çox müsbət qiymət verib. MDB-nin, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi missiyaları seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz rəsmi rəylərini açıqladılar. Digər beynəlxalq qurumların nümayəndələri də seçkiləri yüksək qiymətləndirdilər. Bu, dövlətimizin, xalqımızın növbəti böyük qələbəsidir və bir daha onu göstərir ki, Azərbaycanda demokratik inkişaf sürətlə gedir".
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL