“Bütün məhkəmələrin istifadə edə biləcəyi “Elektron kitabxana” layihəsi yekunlaşmaq ərəfəsindədir”
Ali Məhkəmədə bütün məhkəmələrin istifadə edə biləcəyi “Elektron kitabxana” layihəsi ilə bağlı həyata keçirilən işlər yekunlaşmaq ərəfəsindədir.
“ICTnews” Elektron Xəbər Xidməti bildirir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib. R.Rzayev qeyd edib ki, bundan başqa, məhkəmə fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi üçün məhkəmənin icraatındakı işlər barədə ətraflı məlumatlar və qərarların məhkəmələrin internet səhifələrində yerləşdirilməsi təmin olunur, bununla da istənilən şəxsin həmin məlumatları və qərarları əldə etmək imkanları asanlaşır.
Onun sözlərinə görə, artıq 2009-cu ildən etibarən Ali Məhkəmədə, eləcə də bir sıra birinci və apelyasiya instansiyası məhkəmələrində müasir informasiya texnologiyalarına əsaslanan infrastruktur yaradılıb:
“Məhkəmə sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar insan hüquqlarının müdafiəsini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılmasını təmin etmişdir. Ədalət mühakiməsinin səmərəliliyini təmin etmək məqsədilə Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmələrdə baxılan müxtəlif problemli məsələlər üzrə ümumiləşdirmələr aparılır, vahid məhkəmə təcrübəsi formalaşdırılır, qərarlar qəbul edilir və məhkəmələrə tövsiyələr verilir. Xüsusi olaraq vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında imzaladığı sərəncam bilavasitə məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron kargüzarlıq və elektron sənəd dövriyyəsinin təmin edilməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına xidmət edir”.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL