waplog

Bakıda “MEGOGO” videoservisinin Azərbaycan və Gürcüstan üzrə ofisi açılır


Məşhur beynəlxalq "MEGOGO" servisi Bakıda  yeni qloballaşma və lokallaşma strategiyası çərçivəsində Azərbaycan və Gürcüstan üzrə ofisini açır.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, yeni ofis videoservisin Azərbaycan və Gürcüstanda biznes aktivliyini və bu regionda istifadəçilərinin sayını artırmaq məqsədi ilə yaranır.
 
Yeni ofis, həmçinin reklam inventarının satışı, tərəfdaşlığın genişləndirilməsi, kino və media sənayesinin oyunçuları, kontent yaradıcıları ilə birgə fəaliyyətin təşkili, texniki dəstək xidmətləri ilə məşğul olacaq.
 
Hazırda "MEGOGO"-nun Azərbaycanda və Gürcüstanda aylıq auditoriyası 200 min unikal istifadəçidən çoxdur.
 
Qeyd edək ki, "MEGOGO" — postsovet məkanının 15 ölkəsində istifadəyə verilən ilk leqal videoplatformadır. Servis 2011-ci ilin noyabrından etibarən fəaliyyətə başlayıb. Servisin kataloquna 70 min vahid video daxildir. Onların arasında  bədii, sənədli filmlər, multfilmlər, seriallar, TV-proqramlar,  idman və mədəniyyət hadisələri, xəbərlər, musiqi klipləri var.
 
Videoresursdan "iPod", "iPhone" və "iPad", o cümlədən, "Android" platformalı qurğularda, "LG", "Sony", "Samsung", "Panasonic", "Philips", "Тоshiba" şirkətlərinin "Smart" TV funksiyalı televizorlarında, "Dune HD", "Aura" media-əlavələrində və "Pocketbook." elektron kitablarında istifadə etmək olar.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL