waplog

Daha bir bank “Elektron hökumət” portalı ilə əməkdaşlıq etmək niyyətindədir


“AFB Bank” ASC  vətəndaşlardan fərdi məlumatları üzrə kağız daşıyıcıda sənəd tələbini ləğv etməyi planlaşdırır.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, adıçəkilən bankın nümayəndələri ilə keçirilmiş toplantıda vətəndaşın ödəmə qabiliyyətinin kağız üzərində sənəd tələbi olmadan müəyyənləşdirilməsi üçün “Elektron hökumət” portalının imkanları müzakirə edilib. Həmçinin, bu imkanlardan “AFB Bank” müştərilərinin faydalanması üçün qanunvericiliklə müəyyən olunmuş qaydalar və texniki dəstək üzrə məsələlərdən danışılıb.
 
Qeyd edək ki, hazırda 25-dən  artıq bank vətəndaşlardan fərdi məlumatları üzrə kağız daşıyıcıda sənəd tələbini ləğv edib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL