Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi “Startap Günləri”nin proqramı açıqlanıb
Noyabrın 6-da , saat 14:00 -da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında "Startap Günləri"nə start veriləcək.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Startap Günləri" 3 gün davam edəcək.
Tədbirin keçirilməsində məqsəd ölkədə yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, internet biznesin inkişafına təkan vermək və milli startup infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.
"Startap Günləri"nə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı, "Bakcell", "Cybernet", "SİNAM", "Khazar Ventures" və "ATL Group" şirkətləri dəstək verirlər.
"Startap Günləri"nin proqramı ilə bu link üzərindən tanış olmaq mümkündür.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL