waplog

“Bakcell” şirkəti 3 mükafata layiq görülüb


Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkətinin 3 KSM layihəsi “AmCham CSR Excellence Award” müsabiqəsində 3 mükafata layiq görülüb.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müsabiqədə iştirak edən 31 şirkət arasında “Bakcell” ən çox mükafat alan şirkət olub. 

Şirkət Təhsil nominasiyasında: “TOPs – məktəblilərin fiziki tərbiyəsində müasir təhsil texnologiyalarının tətbiqi” layihəsi – 1-ci yeri, Korporativ Filantropiya nominasiyasında: “Mançester Yunayted Futbol Məktəbi (MUSS)“ – 1-ci yeri, Dayanıqlılıq nominasiyasında: “Applab” layihəsi – 3-cü yeri tutub.
 

Xatırladaq ki, “AmCham Azerbaijan” təşkilatı tərəfdaşlıq etdiyi müxtəlif şirkət və dövlət qurumları ilə birlikdə keçirdiyi 2-ci “CSR Excellence Award” adlı müsabiqə innovativ layihələrin həyata keçirilməsi vasitəsilə sosial sahədə inkişafa kömək edən müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin nailiyyətlərini təbliğ və qeyd etmək məqsədilə təşkil olunub. 31 şirkətin təqdim etdiyi 55 layihə 11 ekspertdən ibarət komissiya tərəfindən qiymətləndirilib.
 
Müsabiqədə qaliblərin seçimi prosesinin nəticəsində 55 layihədən 27-si müxtəlif nominasiyalarda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb.
 
Aynur Vəliyeva

 

 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL