waplog

Dünyanın ən nüfuzlu pasportlarının adı açıqlanıb


ABŞ və Böyük Britaniya vətəndaşlarının sahib olduqları pasportlar onlara turist kimi daha çox səfərlər etməyə imkan verir. Bu sənədlər 147 dövlətin sərhədini vizasız keçməyə şərait yaradır. Pasportlar reytinqi dünyanın nəhəng "Statista" statistik portalı tərəfindən tərtib edilib.
 
Nüfuzuna görə ikinci yerdə Almaniya, Cənubi Koreya və Fransanın əsas sənədləri qərarlaşıb. Onların sahibləri 145 ölkəyə sərbəst səfər edə bilərlər. Liderlər beşliyinə həmçinin İtaliya, İsveç, Sinqapur, Yaponiya, Danimarka, Finlandiya, Niderland, Lüksemburq, İsveçrə və Kanada pasportları daxildir. Pasportların hamısı onların sahibləri üçün 140 ölkənin sərhədini keçməyə imkan verir.  
 
Sonuncu - 80-ci yerdə San-Tome və Prinsipi, Fələstin əraziləri, Solomon Adaları, Myanma və Cənubi Sudan pasportları qərarlaşıb. Sənədlər bu regionun sakinlərinə 28 ölkəyə səfər etməyə icazə verir.
 
Reytinq tərtibatçıları həmçinin pasportların populyar olan üz qabığı rənglərini müəyyənləşdiriblər. Araşdırma nəticəsində pasportların əsasən dörd rəngdə (rəng çalarlarının müxtəlifliyi nəzərə alınmadan) - qırmızı, göy, yaşıl və qara rəngdə olması aşkar olunub. Daha çox istifadə olunan rəng qırmızı və göy olub ki, bunların da hərəsinin dünyada sayı 70 təşkil edib. Sonrakı yerdə sayı 41 olan yaşıl rəngli pasportlar qərarlaşıb. Daha az populyar qara rəngli pasportlardır ki, onlardan da dünyanın 19 ölkəsində istifadə olunur. Britaniya və ABŞ pasportlarının üz qabıqları populyar rənglərdə hazırlanıb (müvafiq olaraq qırmızı və göy rəngdə).
 
2014-cü ildə "Henley & Partners" şirkətinin "Viza məhdudiyyəti indeksi"nə görə, dünyada səfər etmək üçün ən rahat pasport Finlandiya, İsveç və Britaniya pasportları olub. Ötən il ABŞ pasportu reytinqdə ikinci yeri tutub, - "Vokruq Sveta" yazır.   
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL